Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib.
“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.
Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.
Yüksək Liqa: "Xilasedici" bürünc medal uğrunda ilk oyunda "Neftçi"yə qalib gəlib
Premyer Liqa: London klubları səfərdə qalib gəliblər, “Mançester Yunayted” isə evdə məğlub olub
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq
Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər