Premyer Liqa: “Şamaxı” doğma meydanda “Sumqayıt”ı məğlub edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün son oyununda “Qarabağ” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Matçın start fiti saat 19:00-da veriləcək.
Ağdam klubu 9 xalla 3-cü, bakılılar isə 4 xalla 8-cidir.
Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə”–“Neftçi” və “Sabah”–“Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.
İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub
"Çelsi" klublararası dünya çempionatının qalibi olub
Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub
“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır