Oskar Piastri: Bakı treki çox yaxşı təsir bağışladı
Bakı, 14 sentyabr, AZƏRTAC
"Yaxşı trekdə yarışdıq. Bakı trası olduqca yaxşı təsir bağışladı".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda ikinci yeri tutan "McLaren"in sürücüsü Oskar Piastri mətbuat konfransında deyib.
O, nəticəyə görə sevincli olduğunu bildirib: "Birincilik üçün yarışırdım. Amma alınmadı. Buna baxmayaraq, kədərli olmaq lazım deyil. Dünənkindən yaxşı çıxış etdiyim üçün xoşbəxtəm. Səbirsizliklə sabahkı əsas yarışı gözləyəcəyəm".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib
“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib
Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini “Neftçi” üzərində qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib
Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar