Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
Bakı, 14 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafı istiqamətində görülən işlər, Avropa Ağırlıqqaldırma Federasiyası ilə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.
“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib
“Trabzonspor” qapıçısı ilə vidalaşıb
Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb
Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib