Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış daha üç nəfərin şikayətlərinə baxılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 14-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış daha üç nəfərin şikayətlərinə baxılıb.
AZƏRTAC xəbər verir ki, şikayətçi - 52 saylı Yevlax seçki dairəsindən namizədliyi qeydə alınmış Rəsul Cəfərov dairə seçki komissiyalarında hərəkətsizlik və digər qanun pozuntularının olduğunu bildirib.
Onun müraciətinin vaxtı ötdüyü üçün təmin edilməyib.
MSK-nın üzvü Tofiq Həsənov bildirib ki, 82 saylı Saatlı-İmişli seçki dairəsindən namizədliyi qeydə alınmış Leyla Nəcəfquluyeva müraciət etsə də, sonradan ərizə yazaraq heç bir şikayətinin olmadığını deyib.
65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Dadaşov şikayətində səsvermə günü seçki qutularına qanunsuz olaraq bülletenlərin atıldığı, səslərin kənarda sayılması və digər qanun pozuntuları səbəbindən DSK-ların qərarının ləğv edilməsini istəyib.
MSK-nın üzvü Bəxşeyiş Əsgərov diqqətə çatdırıb ki, 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərin iradəsinə təsir edən hallar müəyyən olunmayıb.
Bu barədə məsələ iclasda səsverməyə çıxarılaraq qəbul edilib.
İcma: Fransanın bəsit cəhdləri onun haqsız olduğunu göstərir
Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib
Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına çağırış edib
Katya Tsilosani: Avropa Şurasının əsas dəyəri hər bir üzv dövləti müzakirələrə cəlb etməkdir VİDEO