Horner: Hər bir mənfiliyin müsbət tərəfi də var
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçirilən mətbuat konfransında “Red Bull Racing”in rəhbəri Kristian Horner komandada mövcud olan vəziyyətdən danışıb.
AZƏRTAC xəbər verir ki, Kristian Horner deyib: “Monzadakı həftəsonu bizim üçün çox çətin keçdi. Lakin hesab edirəm ki, hər bir mənfiliyin müsbət tərəfi də var və bu mərhələ maşının çətinliklərlə üzləşdiyi bəzi əsas sahələri müəyyən etdi, komanda isə gələcək işlərin istiqamətini dəqiqləşdirdi.
Simulyatorda çox çalışan yarışçılardan tutmuş bazadakı hər bir şöbəyə qədər hamımız vəziyyəti dəyişdirmək üçün əlimizdən gələni edirik. Ümid edirəm ki, biz bunu edə biləcəyik.
Hər şey sürətlə dəyişə bilər. Bu il Maks yeddi Qran-Pri qazanıb, digər sürücülər ən azı ikisini. Maşının balansı ilə bəzi problemlərimiz var idi, onları həll etməyə çalışırıq, bunun həlli vaxt aparacaq. Problemi başa düşmək bir şey, onu həll etmək və maşına qoyula biləcək hissələri hazırlamaq başqa şeydir.
Fərdi yarışda Maksın böyük üstünlüyü var. Amma onu qalan səkkiz Qran-Priyə bölsək, bu, bir qədər az olur. Maks üçün bir neçə uğursuz həftəsonu, Lando üçün isə uğurlu olanlar var və hər şey dəyişə bilər.
Konstruktorlar Kubokunda isə vəziyyət bir qədər fərqlidir, orada üç komanda mübarizə aparır. Biz “McLaren”dən səkkiz xal öndəyik, lakin “Ferrari”ni də nəzərə almaq lazımdır. Qalan səkkiz yarışda bizi gərgin mübarizə gözləyir və buna hazırıq. Mən heç vaxt komandamızı indiki qədər motivasiyalı və çalışqan görməmişəm”.
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb
Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb
“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub