42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 14-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Yasəmən Mahmudovanın müraciətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.
Onun sözlərinə görə, şikayətçi seçki dairəsi üzrə bütün seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə müraciət edib.
Namizəd şikayətində səsvermə günü seçki qutularına qanunsuz olaraq bülletenlərin atıldığını, bir şəxsin bir neçə dəfə səs verdiyini və seçkiyə aid digər qanun pozuntularının da olduğunu qeyd edib. Müraciətə video və fotogörüntülər əlavə olunub.
MSK sədri Məzahir Pənahov bildirib ki, müraciətçinin yaxınları, qohumları müsahibə verərək seçkilərin şəffaf keçirildiyini deyiblər.
A.Muxtarova əlavə edib ki, dairə üzrə səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməyib. Sadəcə, məntəqələrdə seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən, Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar nəzərə alınaraq seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib.
Bu barədə məsələ iclasda səsverməyə çıxarılaraq qəbul olunub.
İcma: Fransanın bəsit cəhdləri onun haqsız olduğunu göstərir
Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib
Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına çağırış edib
Katya Tsilosani: Avropa Şurasının əsas dəyəri hər bir üzv dövləti müzakirələrə cəlb etməkdir VİDEO