Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Bakı, 14 sentyabr, AZƏRTAC
“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14,80 manat, Bakı-Xankəndi istiqamətində 14,20 manat, Bakı-Xocalı istiqamətində isə 13,90 manat təşkil edir.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar
Azərbaycan və İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO
Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb