Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışının qalibi mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, birinci yeri "AIX Racing" komandasının pilotu Coşua Dürksen götürüb.
İkinci yerə "Dams Lucas Oil" komandasından Jak Krouford, üçüncü pilləyə isə Qabriele Mini yiyələnib.
Qalibə mükafatı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq
“Napoli” İtaliya çempionu olub
Avroliqada ikinci finalçı bəlli olub
Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib