"Sabah"ın FIBA Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının 1/4 final mərhələsində "Norçeppinq" (İsveç) ilə keçirəcəyi oyun üçün iştirak ərizəsi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Rimas Kurtinaytis turnirdə 15 basketbolçunun xidmətindən yararlanacaq.
Bunlar Blu Kemron, Duval Trevon, Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Tariyel Yusifzadə, Andri Voynaloviç, Əlikamran Məmmədov, Şirzad Şirzadov, Aydın İbrahimov, Deandre Villiams, Endər Poladxanlı, Qravett Hassani, Mayk Holton, Klavs Kavars, Artyom Butyankovsdur.
Qeyd edək ki, sentyabrın 17-də Türkiyənin Antalya şəhərində keçiriləcək "Sabah" - "Norçeppinq" matçı Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək
On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb
Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər