Formula 2 Azərbaycan Qran-Prisi: Bolidində yanğın baş verən pilot mübarizəni dayandırıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin sprint yarışında "Rodin Motorsport" komandasının pilotu Rimoto Miyata mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, buna yaponiyalı sürücünün idarə etdiyi bolidin təhlükəsizlik maneəsinə çırpılması səbəb olub. Qəza nəticəsində avtomobildə yanğın baş verib. Nəticədə onun bolidi trasdan kənarlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb
Azərbaycan millisi Estoniya ilə oyun üçün səfərə yollanıb
“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub
Azərbaycanlı dünya çempionu: Qızıl medal üçün bütün gücümü ortaya qoymuşdum
Azərbaycan klublarının avrokubok oyunlarını idarə edəcək hakimlər müəyyənləşib