×
A
A
A
Sazlamalar

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

Bakı, 14 sentyabr, AZƏRTAC

"Çox maraqlı yarış izləyirik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Reuters"in türkiyəli jurnalisti Tuvan Gümrükçü Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 yarışı barədə təəssüratlarını bölüşərkən deyib.
O, yarışla bağlı proqnoz verməyin çətin olduğunu bildirib: "Bu gün yağışın yağması pilotlara çətinlik yaratdı. Belə anlarda özünəinam güclü olmalıdır. Fikrimcə, əsas mübarizə "Mercedes", "Red Bull" və "Ferrari" komandaları arasında olacaq”.
T.Gümrükçü Bakıda ilk dəfə olduğunu söyləyib: "Şəhərin tarixi yerləri əladır. İşimlə bağlı gəzmək fürsətim çox olmasa da, yarış bitdikdən sonra paytaxtınızı kəşf etməyə çalışacağam".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

 

İdman 2024-09-14 14:53:00