Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü baş tutub.
AZƏRTAC xəbər verir ki, yürüşdə 10 komanda arasında ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Corc Rassell göstərib.
"Ferrari"nin monakolu sürücüsü Şarl Lekler ikinci, "MakLaren"in britaniyalı pilotu Lando Norris üçüncü sırada yer alıblar.
Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə Ş.Lekler finişə birinci çatıblar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Azərbaycanın 3x3 basketbol üzrə yığması beynəlxalq turnirdə yüksək nəticələr əldə edib
Azərbaycanın tennis millisi Moldovaya qarşı
Beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüş keçirilib