Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Bakı, 14 sentyabr, AZƏRTAC
Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel “Paris-2024” Yay Paralimpiya Oyunlarından sonra ilk rəsmi səfərini Azərbaycana edib.
Milli Paralimpiya Komitəsindən (MPK) AZƏRTAC-a verilən məlumata görə, o, səfər çərçivəsində MPK rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.
“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib
Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb