Formula 1 pilotu: Bakı treki heyrətamizdir
Bakı, 14 sentyabr, AZƏRTAC
"Bakı treki heyrətamizdir. Yarışın açılış mərasimi möhtəşəm keçdi".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Haas" komandasının pilotu Oliver Berman Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
Ötən gün təşkil olunmuş birinci və ikinci sərbəst yürüşlərdəki çıxışını dəyərləndirən 19 yaşlı sürücü Bakı yarışını karyerasının ən yaxşı mərhələsi adlandırıb: “Dünən keçirilən birinci sərbəst yürüşdə özümə inamımı artırdım. Bu, yaxşı hiss etməyimə səbəb oldu. İkinci yürüşdə də heç tələsmədim. Hər şey istədiyim kimi alındı. Günüm əla keçdi. Hər şeydən məmnun qaldığımı deməliyəm. Mən bolidimə də arxayın idim. Çünki avtomobillərlə bağlı bütün nasazlıqları aradan qaldırmışdıq. Belə çətin trekdə bolidin sağlam olması həqiqətən vacibdir".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Gənclər və idman nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim
Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb