Tovuzda 5 yaşlı uşağı avtomobil vurub
Tovuz, 13 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda 5 yaşlı uşağı avtomobil vurub.
AZƏRTAC xəbər verir ki, hadisə mərkəzi bazarın qarşısında baş verib. Rayonun Abulbəyli kənd sakini Nazim Hümbətov idarə etdiyi "VAZ 21074" markalı nəqliyyat vasitəsi ilə 2019-cu il təvəllüdlü oğlanı vurub. Sürücü dərhal azyaşlını xəstəxanaya çatdırıb. Yaralıya zəruri tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Zaqatalada avtomobil piyadanı vurub
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Laçınlı şagirdlər bilik yarışında iştirak ediblər
Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb