Naxçıvanda çörək sexində ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb
Naxçıvan, 13 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonu, Siyaqut kəndində fəaliyyət göstərən Mədətov Rafiq Malik oğluna məxsus çörək sexində ciddi nöqsanlar aşkarlanıb.
Agentlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ-hüquqi aktların tələblərinə cavab vermədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı, tavan, döşəmə və divarların yararsız vəziyyətdə olduğu aşkarlanıb. Eyni zamanda, müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyənləşib. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.
Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti dayandırılıb.
Cəbrayılda təməli qoyulan fabrikdə ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək
Ucarda baş verən yol qəzasında piyada ölüb
Zəngilanda yeni təməli qoyulan yaşayış məhəllələrində 511 mənzil olacaq
Dünya Təhsil Forumunun direktoru: Süni intellektin təhsilə inteqrasiyası qaçınılmazdır VİDEO
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq FOTO