Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın sentyabrın 11-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Komissiya daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, obyektiv və hərtərəfli araşdırılması nəticəsində Milli Məclisə seçkilər keçirilən 11 seçki məntəqəsində – 21 saylı Nəsimi – Binəqədi seçki dairəsinin 30, 70 saylı Neftçala seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49, 86 saylı Ağcabədi seçki dairəsinin 7 və 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən, Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib.
Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.
Mariya Zaxarova COP29 ərəfəsində ABŞ-ın Azərbaycana təzyiqini “klassik taktika” adlandırıb
TDT xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub
Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir