Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Cəsur Mehdiyev (80 kiloqram) alış yarışında bürünc medal qazanıb.
Bu gün Azərbaycanın digər təmsilçisi Şəhanə Alməmmədova (75 kiloqram) alış yarışında bürünc medal qazanıb.
Daha əvvəl alış yarışlarında Eyvaz Baxşıyev (65 kiloqram) gümüş, qazaq güləşində isə Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
Azərbaycan Şahmat Federasiyası 2025-ci ilin təqvimini təsdiqləyib
Misli Premyer Liqası: “Səbail” komandası “Şamaxı”ya qalib gəlib
Azərbaycanın üç gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb
“Qarabağ” həndbol üzrə Avropa Kubokuna qələbə ilə başlayıb
Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın