×
A
A
A
Sazlamalar

Fuad Muradov: Hər bir ölkədə alimlərimiz üçün mərkəzlər yaradılacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu Azərbaycan dövlətinin uzunmüddətli strategiyasına uyğun olaraq ölkəmizin elm və təhsilinin inkişafına töhfə kimi xaricdəki azərbaycanlı alimlərin həm təşkilatlanması, həm də Dünya Azərbaycanlı Alimlər Dərnəyinin inkişafı üçün ideal platformadır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.
Əsas məqsədlərdən birinin Dünya Azərbaycanlı Alimlər Birliyinin bir qurum kimi elmlə, xaricdə yaşayan azərbaycanlı alimlərlə bağlı tədbirlər keçirən mərkəzə çevrilməsi olduğunu bildirən komitə sədri deyib ki, Dərnəyin üzvləri üç gün ərzində gələcəkdə görüləcək işlərin müzakirə edəcək, Diasporla İş üzrə Dövlət Komitəsi isə onlara dəstəyini verəcək.
F. Muradov bildirib ki, hər bir ölkədə alim həmvətənlərimiz üçün mərkəzlər yaradılacaq. Bu mərkəzlər onların şəbəkələşməsinə təkan verəcək, onları səmərəli fəaliyyətə yönəldəcək. Artıq onların nizamnamələri də, qeydiyyatları da hazırdır.
Qeyd edək ki, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir.

Cəmiyyət 2024-09-09 18:49:00