Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.
Müdafiə nazirinin müavinləri Qətərə səfər ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib
Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib