Hərbi Hava Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb. Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar. Bu cür kursların hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyətə malik olduğu qeyd edilib.
Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub və şəxsi heyət tribuna önündən təntənəli keçid edib.
“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib
Marmaris şəhərində “Kurtaran-2025” sualtı axtarış və xilasetmə təlimləri keçirilib
XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olunub
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür
Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir