Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda tikinti layihələrinin “yaşıllaşdırılmasını” dəstəkləyə bilər
Bakı, 5 sentyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, A.Quliyev BMK ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, “yaşıl” tikinti sahəsində aparıcı qlobal təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün növbəti birgə addımların atılmasının vacibliyinə diqqət çəkib. Eyni zamanda, tikinti layihələrinin “yaşıllaşdırılmasını” və karbon emissiyasının minimuma endirilməsini təşviq edəcək müvafiq sertifikatlaşdırma işinin təşkili imkanları da önəmli müzakirə predmeti olub.
IFC-nin Avropa üzrə regional direktoru bu təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edərək, Azərbaycanın ekoloji cəhətdən təmiz tikinti materialları və aşağı karbonlu binaların təşviqi sahəsində səylərini yüksək qiymətləndirib. O, həmçinin IFC-nin dəstəyi ilə dünyanın 96 ölkəsində reallaşdırılan “yaşıl bina” layihəsi ilə bağlı qazanılmış qabaqcıl təcrübəni Azərbaycanla da bölüşmək istədiklərini bildirib.
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub
“İrəvan gündəliyi” kitabının təqdimatı olub
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi yaradılacaq
Balaxanı Sənaye Parkında daha iki şirkət rezident statusu alıb
Ötən ay “Azərbaycan Dəmir Yolları” ilə 809 minə yaxın sərnişin daşınıb