AMB sədri IFC-nin regional direktoru ilə Mərkəzi Bankın dayanıqlı maliyyə gündəliyini müzakirə edib
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetlər, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüslər və Mərkəzi Bankın dayanıqlı maliyyə ilə bağlı gündəliyindəki mühüm məsələlər müzakirə olunub.
Həmçinin görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan neftinin qiyməti 67 dolları ötüb
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir