Zəlzələ ilə bağlı Biləsuvarda qatarların sürəti qismən aşağı salınıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 5-də səhər saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.
Dünya birjalarında neft bahalaşıb
Dünya bazarında qızıl 71 dollaradək bahalaşıb
Azərbaycan neftinin qiyməti 67 dolları ötüb
30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir