Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-i saat 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycanın müdafiə naziri Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib
Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycanın və Gürcüstanın hərbi tibb mütəxəssisləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyada səfərdədir