×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli, 23 aprel tarixli 1141-VIQD nömrəli və 21 may tarixli 1157-VIQD nömrəli qanunları) 221.4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 221.4.9-cu maddənin ikinci hissəsinin birinci cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
1.2. 221.4.10-cu maddədə “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, “orqanı tərəfindən təsdiq edilmiş” sözləri “orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I) 5-ci maddəsinin I hissəsinin 4-cü bəndində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.2.1-ci maddədə, 7.5-ci maddənin birinci cümləsində, 7.6-cı maddənin birinci və ikinci cümlələrində, 9.3-cü maddədə və 27.3-cü maddənin üçüncü cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.2. 3.2.3-cü maddədə “hakimiyyəti orqanlarının” sözləri “orqanlarının (qurumlarının)” sözləri ilə əvəz edilsin;
3.3. 7-1.5-ci maddəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;
3.4. 53.2-ci maddəyə “orqanları” sözündən sonra “(qurumları)” sözü əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2024-cü il

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qanunlar 2024-08-15 14:36:00