Medianın İnkişafı Agentliyində ATƏT-in DTİHB-nin Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib
Bakı, 14 avqust, AZƏRTAC
Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, Agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb. Görüş zamanı, həmçinin 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə medianin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb.
Əbu-Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir - ŞƏRH
Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib
Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib