Türkiyə teleqrama girişi bloklaya bilər
Bakı, 12 avqust, AZƏRTAC
Türkiyə rəsmiləri teleqramdan narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə bağlı videoların yayılması üçün istifadəyə görə onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Takvim” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Türkiyə Texnologiya və Rabitə Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə mindən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.
Qeyd edək ki, Türkiyədə 8 milyona yaxın teleqram istifadəçisi var.
Yenidən nəzərlər İstanbulda - Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində razılıq əldə olunacaqmı?
Banqladeşdə ildırım vurması nəticəsində azı 13 nəfər ölüb
Cənubi Koreyada prezident seçkisi ilə əlaqədar təşviqat dövrü başlayıb