“Paris-2024”: Türkiyə voleybol millisi bu gün finala yüksələ bilər
Bakı, 8 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Türkiyə millisi bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular” İtaliya seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Yarımfinalın digər oyununda Braziliya və ABŞ seçmələri üz-üzə gələcək. Bu matçın start fiti isə Bakı vaxtı ilə 18:00-da səslənəcək.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.
Azərbaycan klubu italiyalı voleybolçunu transfer edib
“Ayaks" baş məşqçisi ilə vidalaşıb
Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq
Azərbaycanın olimpiya mükafatçısı “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb