Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, yarışların açılış mərasimində parataekvondoçu İmaməddin Xəlilov və paraatletika üzrə millinin üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtında Azərbaycan Bayrağını daşıyacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
“Araz-Naxçıvan”ın iki futbolçusu “Qarabağ”la oyundan öncə zədəsini sağaldıb
Qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib
Adil Şükürov: “Qarabağ” sıx qrafikdə oynamağa öyrəşib, “Neftçi” isə bundan əziyyət çəkir
Avarçəkmə üzrə “Prezident Kuboku” reqatasında iştirak edəcək ölkələr açıqlanıb