Avropa Liqası: “Trabzonspor” bu gün Avstriya klubu ilə qarşılaşacaq
Bakı, 8 avqust, AZƏRTAC
Türkiyənin “Trabzonspor” komandası Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, “bordo-mavililər” səfərdə “Rapid”in (Avstriya, Vyana) qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Türkiyədə keçiriləcək.
Qeyd edək ki, “Trabzonspor” bu raundu keçərsə, pley-off mərhələsində “Braqa” (Portuqaliya) - “Servett” (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.
Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb
"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb
Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb
“Liverpul” 20-ci dəfə İngiltərə çempionu olub
İtaliya A Seriyası: "Milan" qalib gəlib, "İnter" öz meydanında uduzub