Ombudsman Bakıda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva avqustun 7-də Bakı şəhərində növbəti dəfə vətəndaşlarla görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, müvəkkil müraciət etmiş vətəndaşlarla fərdi qaydada görüşüb. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.
Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” nömrəli Çağrı mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu barədə məlumat verilib.
Zərgərpalan hamamında arxeoloji irsin aşkarlanması ictimaiyyətə təqdim edilib
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
Polis Sumqayıtda ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirib VİDEO