×
A
A
A
Sazlamalar

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlir 10 dəfədən çox artıb

Naxçıvan, 8 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 7 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 143 dövlət əmlakı özəlləşdirilib.
Bu ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.

Regionlar 2024-08-08 10:53:00