Qusarçay üzərindəki sel aparan yolun bərpasına başlanılıb
Quba, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolun sel yuyan hissəsinin bərpasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel iyulun 26-da alternativ yolun bir hissəsini yuyub. Bu səbəbdən hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində gedən yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Qubada yerləşən “5 saylı Yol İstismarı” MMC-nin mühəndisi Rövşən Babayev AZƏRTAC-a bildirib ki, çayda suyun səviyyəsi azaldıqdan sonra körpü yaxınlığındakı alternativ yolda bərpa işlərinə başlanılıb: “Ötən gündən yolda bərpa işlərinə başlamışıq. Hazırda çayda sel suları azalıb. Texnikalarımız əraziyə cəlb olunub. Alternativ yol 2-3 gün ərzində bərpa ediləcək”.
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə əsaslı təmir işlərinə iyul ayından başlanılıb. Uzunluğu 146, eni 10 metr olan körpünün əsaslı təmiri sentyabr ayında başa çatdırılacaq.
“Go Camp” Piknik layihəsi könüllüləri yenidən bir araya gətirib
Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 15 mərkəzdə aparılıb
Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər
Gəncədə tibbi aksiya: “Erkən Müayinə – Can Qurtarır!”
Babək və Şahbuz rayonlarında xeyli sayda hərbi sursatlar aşkar olunub VİDEO