DYP: Avtoxuliqanlığa qarşı ən kəsərli tədbirlər görüləcək
Bakı, 8 avqust, AZƏRTAC
Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, həmin təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq.
Təkcə bu ilin 7 ayı ərzində Dövlət Yol Polisi tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb və məhkəmələr tərəfindən həmin əməli törədənlərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Lakin konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar.
Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirməklə yanaşı, bir daha avtoxuliqanlığa meyilli olan şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli olan davranışlardan çəkinməyə, gənc nəsilə faydalı əməllərlə örnək olmağa çağırır.
NİİM: Heydər Əliyev və Babək prospektlərində avtomobil sıxlığı müşahidə edilir
Ötən ay DSMF-də 45 minə yaxın vətəndaşın müraciətləri cavablandırılıb
FHN: Ötən sutka ərzində 38 halda yanğına çıxış olub
Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Şəxsiyyəti müəyyənləşdirilən daha dörd itkin şəhid dəfn olunacaq