Energetika naziri Hacıqabulda vətəndaşlarla görüşəcək
Bakı, 8 avqust, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov avqustun 29-da Hacıqabul, Şirvan, Salyan, Sabirabad və Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Hacıqabul rayon, Heydər Əliyev Mərkəzində (Ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev: əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.
IDEA Gəncə çayında təmizlik aksiyası keçirib
“Güclü cəmiyyətin zərif simaları” layihəsi Şamaxıda
Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib
“Sağlamlığa doğru qaç”: Bu dəfə səhiyyə işçiləri yarışdılar FOTO