Azərbaycan nefti 3 dollar bahalaşıb
Bakı, 8 avqust, AZƏRTAC
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,01 dollar və ya 3,77 faiz artaraq 82,84 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 72,6 milyard dollara çatıb
Dünya birjalarında neft ucuzlaşıb
Vinçenzo Aquaro: Azərbaycan rəqəmsal inkişaf sahəsində mükəmməl iş görən ölkələrdəndir