Heyvan hüquqlarının müdafiəçiləri Papanın çıxışına mane olublar
Bakı, 8 avqust, AZƏRTAC
Heyvan hüquqlarının müdafiəçiləri Roma Papası Fransiskin ənənəvi çıxışına mane olmağa çalışıblar.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, pontifikin çıxış etdiyi zala daxil olan 2 qadın korridaya qarşı şüarlar səsləndirib. Onlar ingilis və ispan dillərində “korrida günahdır” yazılmış paltarlar geyiniblər.
Təhlükəsizlik xidməti etirazçıları zaldan çıxarıb.
Papa indiyədək korrida məsələsinə münasibət bildirməyib. Lakin tarixdən məlumdur ki, 16-cı əsrdə Papa V Piy öküz döyüşlərini qadağan etmişdi. Pontifik bu əyləncənin insana yaraşmadığı qənaətində idi.
Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA
İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib
İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib