Debbi qasırğası ABŞ-da 6 nəfərin həyatına son qoyub
Bakı, 8 avqust, AZƏRTAC
ABŞ-ın Florida ştatını vuran Debbi qasırğası nəticəsində 6 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
Kanalın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb, yelkənli qayıqda isə daha bir meyit tapılıb.
Televiziya şirkəti rəsmilərə istinadən xəbər verir ki, qasırğanın vurduğu ziyanı yalnız iki həftə sonra, çaylarda suyun səviyyəsi aşağı düşəndən sonra tam qiymətləndirmək mümkün olacaq.
Florida və Corciya ştatlarında 160 mindən çox sakinin elektrik təchizatı kəsilib.
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
Tramp Aİ ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb
Almaniya müharibəyə başlayandan sonra Ukraynaya 28 milyard avroluq hərbi yardım göstərib
Ukraynanın yüksəksəviyyəli nümayəndə heyəti Qərb rəsmiləri ilə danışıqlar aparmaq üçün Parisdədir