Xarici işlər nazirinin müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib
Bakı, 7 avqust, AZƏRTAC
Avqustun 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.
XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.
Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasında son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.
Görüşün sonunda Yekun Kommünike qəbul edilib.
Şamil Ayrım: Beynəlxalq ictimaiyyət Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalıdır
Əhliman Əmiraslanov: Qərbi Azərbaycanla bağlı tədbirlər xaricdə davamlı olaraq keçirilməlidir
İlbər Ortaylı: Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlər davam etdirilməlidir
AKP sədrinin müavini: Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür