Qaşım Maqomedov: İnanıram ki, Vətənə Olimpiya çempionu olaraq dönəcəyəm
Bakı, 7 avqust, AZƏRTAC
"Hisslərimi sözlə ifadə edə bilmirəm. Olimpiadanın finalında olduğumu anlamaq çətindir".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala çıxdığı üçün şokda olduğunu bildirib: “Uşaqlıqdan bunu fikirləşirdim. Düşünürdüm ki, bu, qeyri-mümkündür. Ancaq tribunada olanların mənə görə sevindiyini gördüm. İnsanın uğuruna kiminsə heyran olması, dəstəkləməsi fantastikdir. Tanrıya şükür edirəm. İnanıram ki, Vətənə Olimpiya çempionu olaraq dönəcəyəm".
Qeyd edək ki, Qaşım Maqomedovun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.
Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib
Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib
Azərbaycanın veteran futbolçusu vəfat edib
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik