“Uşaq Səfirlər Məclisi”nin üzvləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
Qəbələ, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “Uşaq Səfirlər Məclisi”nin Qəbələ rayonu üzrə nümayəndələri və fəallarının Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfərləri təşkil olunub.
Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində olublar. Onlara Mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər barədə məlumat verilib. Qonaqlar mərkəzdə sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olub, SEBA Assosiasiyasının sifarişi ilə hazırlanan “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər.
Sonra “Uşaq Səfirlər Məclisi”nin üzvləri qoruğun arxeoloji ərazilərinə səfər edib, arxeoloji qazıntılar aparılan sahələrlə tanış olublar. Uşaqlara burada aparılmış arxeoloji qazıntılar və arxeoloqlar tərəfindən aşkar olunan tarixi tapıntılar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Lənkəranda qızlar arasında şahmat turniri və ustad dərsləri keçirilib
Tərtərdə Aqrar Biznes Festivalı keçirilib
Qubanın Adur kəndində yeni körpü istifadəyə verilib
İsmayıllıda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
Naxçıvanda enerji istehsalında yaşıl enerjinin payı 20 faiz artıb