BANM yeni korpusa köçdü
Bakı, 7 avqust, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna (ünvan: Xətai rayonu, Ağ şəhər 1-ci Xəzər küçəsi 5) köçdü.
BANM-dən AZƏRTAC-a bildirilib ki, yeni korpusda ali məktəbin Davamlı təhsil fakültəsi, İngilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək. Eyni zamanda, burada BANM-in nəzdində yeni liseyin yaradılması nəzərdə tutulur. Bununla bağlı sualları Bakı Ali Neft Məktəbinin Ağ şəhər korpusuna ünvanlamaq olar.
Bakıda II Milli Təhsil Zirvəsi keçirilib
ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib
“Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş təşkil olunub
“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib