® “Unibank” əmanət faizlərini yüksəldib
Pulunuzun həm etibarlı ünvanda saxlanılması, həm də sizə yüksək gəlir qazandırmasını istəyirsinizsə, çox rahatlıqla “Unibank”ı seçə bilərsiniz.
“Unibank”ın təklif etdiyi yüksək depozit faizləri pulunuza pul qazandıracaq. Bank əmanət faizlərini 11 faizə qaldırıb. “Unibank”da əmanət hesabı açmaqla, gəliriniz yüksək, pullarınız sığortalı, özünüz isə rahat olacaqsınız.
Bankın əmanət növlərindən istədiyinizi seçə bilərsiniz. “Müddətli” depozit sizə yüksək faiz, “Yığım” istədiyiniz vaxt əmanətinizə artım etmək, “Proqressiv” pulunuzu müddətin sonunu gözləmədən istədiyiniz vaxt götürmək, “Topla” isə olduğunuz yerdə “UBank” mobil tətbiqində, seçdiyiniz müddətə və faizlə depozit hesabı açmaq imkanı verir.
İndi “Unibank”da əmanət hesabı açmaqla bu üstünlükləri qazanırsınız:
- Pulunuza illik 11 faizədək yüksək faiz əldə edirsiniz;
- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 2 milyona yaxın müştərisindən biri olursunuz;
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq sizə illik artım gətirir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12 faiz təşkil edir və “Unibank”a yerləşdirilən bütün əmanətlər sığortalanır.
“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filialları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud feysbuk və tviter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/, https://twitter.com/unibank) əldə etmək olar.
“Unibank” - sənin bankın!
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
Milli Depozit Mərkəzinin üzvləri ilə görüş keçirilib
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək