Şimal-qərb rayonlarının fermerləri emal məntəqələrinə 3 min tondan çox yaş tütün veriblər
Zaqatala, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” ASC ilə müqaviləsi olan respublikanın şimal-qərb rayonlarının tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının yığımı davam edir.
ASC-dən AZƏRTAC-a verilən məlumata görə, mövsümün əvvəlindən indiyədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 3 min 357 ton yaş tütün daxil olub.
ASC-dən bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 662,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 218,3 hektarı şirkətə, 443,8 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar 57 fermerlə müqavilə bağlanıb.
Bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 1666,6 ton, Qax rayonu üzrə 597,7 ton, Balakən rayonu üzrə 500 ton, Zaqatala rayonu üzrə 418,6 ton, Oğuz rayonu üzrə isə 174,1 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütündən 301 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.
“Culfa” yarımstansiyası üçün yeni güc transformatorları alınıb
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək – SƏRƏNCAM
Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb