BANM tələbəsi Harvardın təqaüd proqramını qazanıb
Bakı,7 avqust, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Gülşən Əkbərova “Aspire Leaders” proqramına qəbul alıb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, proqram Harvard Biznes Məktəbi tərəfindən təsis edilib. Burada Harvard Universiteti tərəfindən keçirilən dərs, mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əlçatan olacaq.
Dünyanın 150-dən çox ölkəsindən olan gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.
Türkiyə-Azərbaycan Universitetində “Açıq qapı” günü keçirilib
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
Mərkəzi Elmi Kitabxanada akademik Ziyad Səmədzadənin kitab kolleksiyası yaradılıb
BDU-da magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib