Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17 faizdən çox artıb
Naxçıvan, 7 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,5 milyon manatdan çox olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2023-cü ilin eyni dövrünə nisbətən 17,3 faiz artıb və 16,4 milyon manat təşkil edib.
Ağdamın Kəngərli kəndində 278 fərdi evin xarici tamamlama işləri başa çatdırılıb
Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir
“İmarət” stadionunda yerli və beynəlxalq yarışların keçirilməsi üçün hərtərəfli şərait yaradılır
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İtaliyalı ekspert: Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir