XİN Azərbaycan vətəndaşlarına İsrail və Fələstindəki vəziyyətə bağlı xəbərdarlıq edib
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Fələstin və İsraildəki vəziyyətlə bağlı xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada Fələstin Dövlətinin və İsrail Dövlətinin yerləşdikləri regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə həmin ölkələrə səfər etməmələri tövsiyə olunur.
Eyni zamanda, bildirilir ki, həmin ölkələrdə yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsası
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir ŞƏRH
Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib