Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
Bakı, 5 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 200 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 37 faiz çoxdur.
Qeyd edək ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen əldə edib.
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
Milli Depozit Mərkəzinin üzvləri ilə görüş keçirilib
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək